Haqqımızda





"Panorama Resort Oğuz"

Xoş və mənalı istirahət məqsədiylə füsunkar təbiəti ilə göz oxşayan "Panorama Resort Oğuz" istirahət mərkəzində istirahət etsəniz yanılmazsınız. İstirahət mərkəzində rahatlığınızı təmin edəcək Lüks koteclər ,Lüks otaqlar və iki restoran mövcuddur. Təbii ki, bu restoranda Azərbaycan, xüsusi ilə Oğuz mətbəxinin ləziz təamları ilə bərabər, Avropa mətbəxinin çeşidləri də sizlərə təklif olunacaq. Restoranda səhər yeməyi ödənişsizdir. "Housekeeping" xidməti otaqlarınızın daim səliqəli və təmiz saxlanılması üçün gündəlik fəaliyyət göstərir. Uşaqlı valideynlərin rahat istirahət etməsini təmin etmək məqsədi ilə uşaqlar üçün xüsusi guşə yaratmağı da unutmamışıq. İstirahət mərkəzi ərazisində Wi-Fi dan pulsuz istifadə edə bilərsiniz. "Panorama Resort Oğuz" ərazisində həm də avto dayanacaq mövcuddur.Yeri gəlmişkən "Panorama Resort Oğuz"u seçənlərə istirahət xidmətləri göstərməklə yanaşı, qonaqlara Oğuz şəhərinin gəzməli məkanları, eləcə də tarixi abidələri ilə tanış olmaq, görməli yerlərinə turlar təşkil etmək imkanları da təklif edirik. Siz bu məqsədlə bələdçi xidmətindən də istifadə edə bilərsiniz.
Otelimizdə 1 Deluxe Vip,1 Vip, 6Lüks kotec və 19 lüks otaqlar fəaliyyət göstərir.Bol çeşitli təamlarımızla dolu 2 restoran,oyun Zalı və uşaqların əyləncəsi üçün uşaq bağçamız mövcüddur

27

8 Kotec + 19 Lüks otaq

2

Restoran

1

Uşaq bağçası

Otelimizdəki xidmətlər

Komfort otaqlar
Təmizlik və keyfiyyət
Uşaqlarınız üçün əyləncə
Oğuz turları

Bizimlə əlaqə

Ünvan: Oğuz rayonu, S.Qazıyev küç. 21
Nömrələr: +994 55-235-22-99
               +994 70 215-39-23
panoramaoteloguz@gmail.com